NATO helikopter qəzasında həyatını itirən İran Prezidenti İbrahim Rəisi və xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan üçün başsağlığı verib.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Farah Dakhlallah X sosial media platformasında paylaşım edib.
Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cosef Borrel də hadisə ilə əlaqədar yazılı açıqlama verib.
Xatırladaq ki, Rəisi ötən gün xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və bəzi rəsmilərlə helikopter qəzası keçirib.
Mikayıl