NATO müttəfiqlərinin xarici işlər nazirləri alyansın yaranmasının 75 illiyi ilə bağlı görüşəcəklər.
Bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, iclas 3-4 aprel tarixlərində Brüsseldəki NATO qərargahında baş tutacaq.
İclasa NATO-nun Baş katibi Yens Stoltenberq sədrlik edəcək.