17:47 Bazar Ertəsi, 22 Oktyabr 2018
İQTİSADİYYAT

Naxçıvanda təhsil alan 5 tələbə “Nar”-dan təqaüd alacaq

17:05, 12.10.20182608
Naxçıvanda təhsil alan 5 tələbə “Nar”-dan təqaüd alacaq

Elm və təhsilin inkişafına dəstəyi ilə seçilən "Nar”-ın Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində elan etdiyi Təqaüd proqramının nəticələri məlum oldu.

 

AZXEBER.COM xəbər verir ki, informasiya texnologiyaları və informatika ixtisasları üzrə təhsil alan, xüsusi fərqlənən və təhsildə yaxşı nəticələr göstərən 5 tələbə "Nar” tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaq.

2018-2019-cu tədris ilində təqaüd alacaq tələbələr aşağıdakılardır:

1.Seyidova Aytən Rəsul qızı, Naxçıvan Dövlət Universiteti, İnformasiya Texnologiyaları ixtisası, 3-cü kurs

2.Hüseynli İnci İsgəndər qızı, Naxçıvan Dövlət Universiteti, İnformasiya Texnologiyaları ixtisası, 3-cü kurs

3.Mahmudova Aytac Rəsul qızı, Naxçıvan Dövlət Universiteti, İnformasiya Texnologiyaları ixtisası, 2-ci kurs,

4.Qəhrəmanova Sevil Qəhrəman qızı, Naxçıvan Universiteti, Riyaziyyat və informasiya ixtisası, 3-cü kurs

5.Qəmbərov Allahqulu Zəfər oğlu, Naxçıvan Universiteti, Riyaziyyat və informasiya ixtisası, 4-cü kurs

Təqaüd proqramının qalibləri ilə görüşündə "Azerfon”un mətbuat xidmətinin rəhbəri Əziz Axundov onlara uğurlar arzulayıb və bildirib ki, təhsil və maariflənmənin inkişafı "Nar”-ınxüsusi önəm verdiyi sahələrdən biridir: ""Bu təşəbbüsümüzün tələbələrə yeni bilik və bacarıqları əldə etmələri və gələcəkdə uğurlu karyera qurmalarına dəstək olacağına əminəm. "Nar”-ın təqaüd proqramı növbəti illərdə də davam edəcək”.

Təqaüd proqramı, ilkin olaraq, Naxçıvan Muxtar Respublikasının ali təhsil müəssisələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Gələcəkdə digər bölgələr və paytaxt Bakı universitetlərinin tələbələri üçün də aylıq təqaüdün verilməsi planlaşdırılır.

Qeyd edək ki, tələbələr üçün təqaüd proqramının elan edilməsi "Nar”-ın korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində reallaşıb. "Nar”-ın KSM strategiyası haqqında ətraflı məlumatı nar.az internet səhifəsindən öyrənmək mümkündür.

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.

 

 

 

XƏBƏR LENTİ