Türkiyənin tanınmış bəstəkarı və ifaşısı Nazan Öncel yenidən xəstəxanaya yerləşdirilib.
Bu barədə onun mətbuat katibi Yağız Yılmaz məlumat verib.
"May ayında iki dəfə stend taxılan sənətçimiz yenidən xəstəxanaya yerləşdirilib", - o bildirib.
Sənətçinin durumu stabildir.
Nazan Öncel "Gidelim buralardan", "Sokak Kızı", "Erkekler de yanar" kimi ifaları ilə məşhurdur. Bundan başqa, o, digər müğənnilər tərəfindən ifa olunan xeyli sayda hitin bəstəkarıdır.