Nazir: Ankarada terror aktını törədənlərdən birinin şəxsiyyəti müəyyənləşib

DÜNYA
14:46 24.10.2024
127
Türkiyənin TUSAŞ korporasiyasının Ankaradakı müəssisəsində törədilmiş terror aktında öldürülən terrorçulardan birinin şəxsiyyəti müəyyənləşib.

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya "X” sosial şəbəkəsində məlumat verib.

"TUSAŞ-da terror aktı zamanı öldürülən terrorçunun kimliyini müəyyən etdik. Xainin Rojger ləqəbli PKK üzvü Əli Örek olduğu məlum olub”, - o qeyd edib.

Nazir qeyd edib ki, digər terrorçu qadının şəxsiyyəti isə hələ müəyyənləşdirilir.

OXŞAR XƏBƏRLƏR