Nazir erməniyə qalib gələn idmançı ilə görüşdü

Nazir erməniyə qalib gələn idmançı ilə görüşdü
İDMAN
21:45 23.12.2021
421
Gənclər və idman naziri Fərid Qayıbov bu yaxınlarda Türkiyənin İstanbul şəhərində keçirilmiş, MMA döyüşü üzrə Yusif Fight Championship turnirində uğurla çıxış etmiş Gözəl Zutovanı və məşqçisi Yusif Əliyevi qəbul edib.
 
Nazirliyin Mətbuat Xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, idmançını növbəti qələbəsi münasibətilə təbrik edən nazir ona qarşıdakı yarışlarda da uğurlar arzulayıb.

Qeyd edək ki, Zutova sözügedən turnirdə Ermənistan təmsilçisi Nare Narqarosyana 10 saniyəyə qalib gəlmişdi.
OXŞAR XƏBƏRLƏR