Nazir Qurban bayramı münasibətilə təbrik etdi

MƏDƏNİYYƏT
13:56 23.09.2015
2303

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev müqəddəs Qurban bayramı münasibətilə ölkəmizin mədəniyyət və turizm ictimaiyyətini təbrik edib.

AZXEBER.COM-un məlumatına görə, təbrikdə islam dünyasının mübarək günlərindən olan Qurban bayramının əhəmiyyəti vurğulanır, yüzilliklərdən bəri yaşadılan bu qiymətli ənənənin insanların birliyinə, bərabərliyinə, qarşılıqlı şəfqətə, yardımlaşmaya xidmət etdiyi diqqətə çatdırılır.

Qeyd olunur ki, bu bayramın ən ali missiyası ulu Tanrıya olan inam və etibarın sarsılmazlığıdır. "Qoy mübarək bayram günlərində kəsilən qurbanlar, edilən dualar Tanrı dərgahında qəbul olunsun, xalqımıza birlik və əmin-amanlıq gətirsin" - deyə təbrikdə deyilir.

Nazir respublikanın mədəniyyət və turizm ictimaiyyətinin bütün təmsilçilərinə bayramı xoş əhvalda keçirməyi, ailə səadəti, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayıb.

OXŞAR XƏBƏRLƏR