Nazir rus əsilli generalı və erməni əsilli polkovniki vəzifəsindən azad etdi - YENİLƏNDİ

Nazir rus əsilli generalı və erməni əsilli polkovniki vəzifəsindən azad etdi -  YENİLƏNDİ
SİYASƏT
16:00 20.07.2014
10931

Hərbi ekspert Üzeyir Cəfərov öz Feysbuk səhifəsində general Bağır Fətullayevin vəzifəsindən azad edildiyini yazıb.

AZXEBER.COM xəbər verir ki, hərbi ekspert onda olan məlumata görə Bağır Fətullayevin artıq ölkə ərazisini tərk etdiyini bildirib: 

“Mətbuatın davamlı şəkildə işıqlandırdığı Rusiya Federasiyasının vətəndaşı, uzun müddət MN-də vacib posta sahib olan general-mayor Bağır Fətullayevlə bağlı mühüm qərar qəbul edilib. O, Silahlı Qüvvələrin Akademiyasındakı tutduğu vəzifəsindən azad edilib və onunla müqavilə müddəti bitdiyi üçün yeni müqavilə bağlanmayıb. Bildiyim qədər, rus generalı və son günə kimi Rusiya vətəndaşı kimi qalan B.Fətullayev artıq Azərbaycanı tərk edib və ailəsinin yaşadığı Sankt-Peterburq şəhərinə yola düşüb. Necə deyərlər, "do svidaniya, tovariş general". 

Elə həmin SQ Hərbi Akademiyasında xidmət keçən polkovnik Seyran Qafarov da artıq tutduğu vəzifədən azad edilib və MN-də çalışmaq ona yasaqlanıb. Xatırladım ki, Seyran Qafarovun anasının erməni millətindən olması faktı adı çəkilən zabit tərəfindən rəsmi şəkildə etiraf edilmişdi”. 

 **

Müdafiə Nazirliyinin Mətbuat Xidməti Bağır Fətullayevlə bağlı yayılan informasiyaların ümumiyyətlə həqiqəti əks etdirmədiyini bildirib. Nazirlikdən axar.az-ın sorğusuna cavab olaraq bildirib ki, Bağır Fətullayev Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyib.

“Bəzi kütləvi informasiya vasitələrində yenidən Bağır Fətullayev və Seyran Qafarovun Silahlı Qüvvələrdə tutduqları vəzifələrdən növbəti dəfə azad edilmələri ilə bağlı məlumatlar yayılıb. Xatırladaq ki, adları çəkilən şəxslər barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti cari ilin may ayının 3-də və 26-da rəsmi məlumat verib. Bir daha bildiririk ki, Bağır Fətullayev adlı şəxs nə Azərbaycan vətəndaşı, nə də Azərbaycan generalıdır və o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmayıb. Ehtiyatda olan polkovnik Seyran Qafarov isə hələ 9 yanvar 2009-cu il tarixdə "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 156-cı maddəsinin "b" bəndinə uyğun olaraq “yaşa görə” Silahlı Qüvvələr sıralarından ehtiyata buraxılıb, Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən isə o, mülki işçi vəzifəsindən də azad edilib və Silahlı Qüvvələrin heç bir qurumunda nə hərbçi, nə də mülki işçi kimi qulluq edir”.

Qeyd edək ki, hərbi ekspert Üzeyir Cəfərov öz Feysbuk səhifəsində general Bağır Fətullayevin vəzifəsindən azad edildiyi, bundan dərhal sonra isə Sankt-Peterburqa getdiyi haqqında məlumat bölüşmüşdü. O, Bağır Fətullayevlə bərabər polkovnik Seyran Qafarovun da vəzifəsindən azad edildiyini bildirmişdi. 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məşhur şoumen 21 yaşlı fenomenlə sevgildir?
16:44 09.06.2026
Məşhur şoumen 21 yaşlı fenomenlə sevgildir?
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir