Nazirdən yeni - Təyinat

Nazirdən yeni - Təyinat
SOSİAL
18:05 25.01.2017
1142

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Regional Mədəniyyət və Turizm İdarələrinə rəis təyinatı həyata keçirilib.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin müvafiq əmrlərinə əsasən Vüqar Zeynalov Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin, Mehman Şükürov Sumqayıt Mədəniyyət və Turizm Baş İdarəsinin, Nazim Ağayev Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin, Elnur Hüseynov İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin, Mirvari Zeynalova Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin, Elman Məmmədov Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi

Vüqar Zeynalov - Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi təyin olunub. Beynəlxalq Biznes, İdarəetmə və Hüquq İnstitutunda hüquqşünas ixtisası, Azərbaycan İctimai-Siyasi Universitetində beynəlxalq hüquq, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alıb.

Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi (Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi)

Mehman Şükürov - Sumqayıt Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub. Azərbaycan Dövlət İncəsənət Universitetində mədəni-maarif ixtisası üzrə təhsil alıb.

Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi (Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi)

Nazim Ağayev - Xaçmaz rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub. Azərbaycan Dövlət Universitetində tarix və ictimaiyyət ixtisası üzrə təhsil alıb.

İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi (İsmayıllı, Ağsu, Şamaxı, Qobustan və Qəbələ rayon mədəniyyət və turizm şöbələrinin bazasında İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi)

Elnur Hüseynov - Dövlət Rəsm Qalereyasının direktoru vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub. Azərbaycan Dövlət İncəsənət Universitetində rəssam-rəngkar ixtisası üzrə təhsil alıb.

Şəki Regional Mədəniyyət və Turizm İdarəsi (Şəki şəhər, Oğuz, Qax, Zaqatala və Balakən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəki Regional Mədəniyyət və Turizm İdarəsi)

Mirvari Zeynalova - Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Şəki Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub. Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano, müəllim ixtisası üzrə təhsil alıb.

Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi (Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və turizm şöbələrinin bazasında Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi)

Elman Məmmədov - Füzuli rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsini icra edib. 2017-ci il 5 yanvar tarixində Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi təyin olunub. Azərbaycan Dövlət Universitetində jurnalist, Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında iqtisadçı-təşkilatçı, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə təhsil alıb.

///Trend
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
00:11 13.03.2025
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
23:57 12.03.2025
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
23:51 12.03.2025
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib
21:27 12.03.2025
Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Azərbaycana səfərə gəlib