Nazirlik icra başçısının diplomat oğluna xəbərdarlıq etdi - VİDEO

Nazirlik icra başçısının diplomat oğluna xəbərdarlıq etdi - VİDEO
SİYASƏT
00:02 05.07.2014
3012

Azərbaycanın Latviyadakı konsulluğunun birinci katibi, Nicat Sadıqovun öz şəxsi avtomobilinə diplomatik nümayəndəliyə məxsus dövlət nömrə nişanını bağlayaraq diplomat adına yaraşmayan hərəkətlərə yol verilməsi ilə bağlı xəbərlər yayılıb.ANS TV-nin məlumatına görə, mətbuatda Nicat Sadıqovun Azərbaycana çağırıldığı və onunla həm Xarici İşlər, həm də Milli Təhlükəsizlik nazirliklərində “profilaktik söhbət” aparıldığı deyilir. Nicat Sadıqov Ağdam Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Sadıqovun oğludur və mətbuat da bu faktı xüsusi vurğulayır. Məlumatı aydınlaşdırmaq üçün Azərbaycanın Latviyadakı konsulluğunun birinci katibi Nicat Sadıqovla əlaqə saxadıq. O, bu xəbərlərin yalan olduğunu, qəsdən yayıldığını dedi. Diplomatın sözlərinə görə, Vyana Konvensiyasına əsasən diplomatların qırmızı nömrə nişanlı avtomobil idarə etməyə ixtiyari var.Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev də öz növbəsində diplomatlara qarşı yayılan belə xəbərlərin əsassız olduğunu vurğuladı.Amma nazirliyin sözçüsü onu da dedi ki, Azərbaycanın xaricdə fəaliyyət göstərən istənilən məmurunun hərəkətləri nəzarət altındadır və ona görə də, Nicat Sadıqovun sosial şəbəkələrdə öz istirahəti və qatıldığı məclislərlə bağlı şəkil paylaşması nizam-intizamın pozulması kimi qiymətləndirilib və ona xəbərdarlıq edilib. Eyni zamanda Xarici İşlər Nazirliyi mətbuata məlumatların kim tərəfindən ötürüldüyünü də araşdırır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
13:44 09.06.2026
Rövşən Muradov: Fiskal intizam güclənib, amma risklər qalır
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
13:37 09.06.2026
Emin Əmrullayev Türk Akademiyası Elmi Şurasının 8-ci iclasında iştirak etdi
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
13:34 09.06.2026
Polisdən avtomobilin üzərinə uzanan qadınla bağlı AÇIQLAMA
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
13:29 09.06.2026
"Vətəndaş kol-kosu təmizləməyə çalışanda müxtəlif cərimələrlə üzləşir" - Deputat
Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır
13:19 09.06.2026
Tənzilə Rüstəmxanlı: Saxta profillərə görə məsuliyyət artırılmalıdır
Gəmidəkilərin nəşləri tapıldı
13:10 09.06.2026
Gəmidəkilərin nəşləri tapıldı