Nazirlik mobil operatorları məhkəməyə verir

İQTİSADİYYAT
15:40 14.10.2013
2005

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil operatorları Mobil Nömrələrin Daşınması Sisteminin tətbiqini ləngitdiyinə görə məhkəməyə vermək üçün artıq hazırlıq işlərinə başlayıb.

AZXEBER.COM xəbər verir ki, bu barədə nazir Əli Abbasov jurnalistlərə bildirib.Onun sözlərinə görə, mobil operatorlar oktyabrın 1-dən Mobil Nömrələrin Daşınması Sisteminin tətbiqini həyata keçirməyə söz veriblər, lakin bu, yenə də baş tutmayıb.Nazir qeyd edib ki, bu sistemi tətbiq etmək üçün çəkilən investisiya və digər xərclərə görə dəyən ziyanı mobil operatorlar ödəməlidir:“Çox təəssüf ki, bu sistemin tətbiqi artıq bir ildir yubanır. Amma yenə də bildiririk ki, bu ilin sonuna kimi bu sistemi həyata keçirməliyik.Əgər gələn ilin yanvarın 1-dən bu sistemi həyata keçirə bilməsək, bu məsələ yəqin ki, builki hadisələr arasında ən mübahisəli sual olacaq”.Ə.Abbasov, eyni zamanda bu problemin təkcə Azərbaycanda deyil, bəzi MDB ölkələrində də rastlandığını əlavə edib:“Rusiyada bu məsələ ilə bağlı hətta qanun qəbul edilib, onlar da bu sistemi tətbiq etmək istəyir. Moldova və Gürcüstan kimi ölkələrdə isə Mobil Nömrələrin Daşınması Sistemi artıq tətbiqi olunub”.Xatırladaq ki, Nazirlik hələ avqustun 1-dək mobil operatorlara “Mobil Nömrələrin Daşınması Sistemi”nin tətbiqi üçün texniki məsələləri həll etməyi tapşırmışdı.Lakin həmin gün Nazirlik bu sistemə keçidi ləngitdiyinə görə mobil operatorları məhkəməyə verəcəyini elan etmişdi.Artıq bir müddət öncə “Bakcell” və “Azerfon” şirkətləri daşınan nömrə xidmətinə keçdiklərini elan ediblər. Amma ölkədəki digər mobil operator bu sistemə keçmədiyinə görə xidmət göstərilməsində problemlər yaranır.Nömrələrin köçürülməsi operatora ayrılan prefikslə birlikdə (050, 051, 055, 070 və 077) abonent nömrəsinin tam miqrasiyasını nəzərdə tutur.Xidmətinin tətbiqi abonentlərə operatoru dəyişəcəyi təqdirdə telefon nömrələrini saxlamaq imkanı verəcək.Bu isə o deməkdir ki, abunəçinin operatoru dəyişəcəyi halda yeni nömrə almaq, köhnə nömrəsinin yaddaş kitabçasında olan nömrələri köçürmək və nömrənin dəyişməsi barədə öz yaxınlarına, biznes partnyorları və həmkarlarına məlumat göndərmək zərurəti qalmayacaq.

OXŞAR XƏBƏRLƏR