Səhər zəif duman olacaq.
Cənub küləyi əsəcək, gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında
Martın 22-də arabir yağış yağacağı, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qara keçəcəyi gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-6 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir. Tutqun, rütubətli və soyuq diskomfortlu havaların üstünlüyü meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.