Nazirlikdən hava ilə bağlı xəbərdarlıq - PROQNOZ

Nazirlikdən hava ilə bağlı xəbərdarlıq -  PROQNOZ
Bütün Xəbərlər
14:18 14.11.2013
2227

Noyabrın 15-i və 16-da yağış yağacaq, temperatur ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.

Noyabrın 15-i günün ikinci yarısında, 16-da ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Temperatur ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Noyabrın 15-i axşama doğru və 16-da günün ikinci yarısınadək Abşeron yarımadasında atmosfer təzyiqinin qısa müddətdə xeyli yüksəlməsi, güclü xəzri küləyi və temperaturun 5-7 dərəcə aşağı enməsi meteohəssas insanlar üçün əlverişsizdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında noyabrın 15-də havanın buludlu olacağı, axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturunun gecə 9-12, günün birinci yarısında 18 dərəcəyədək yüksələcəyi, axşama doğru 10-12 dərəcə isti olacağı gözlənilir. Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, lakin axşama doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 6-11, gündüz 15-20, dağlarda gecə 1-6, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.

OXŞAR XƏBƏRLƏR