'Nə vaxtsa, kimsə bunu susdurmalıdır, ya yox?' - Flora Kərimova
12:30 24.04.2013
3606
Xalq artisti Flora Kərimova illərdir mübarizə apardığı düşmən münasibətdə olduğu İlhamə Quliyevaya dəstək verənlərin adlarını açıqlayacaq. Sənətkar müğənni müsahibəsində bu fikrində israrlı olduğunu deyib: "Ona dəstək verənləri də tanıyıram. Adlarını da açıqlayacam. Nə vaxtsa, kimsə bunu susdurmalıdır, ya yox? Oturtmalıdır yerində... Çünki bu adam dəqiqəbaşı cürəti çatmadığı yuxarıların adlarını çəkir. Eşidənlər də xalq misalını xatırlayaraq, hər ehtimala qarşı geri çəkilir. O qədər özü haqda yalan danışır ki, artıq özü də öz yalanlarına inanır. İnanır ki, mövcud olmayan bir təşkilatın prezidentidir. İnanır ki, Dünya Qadınlarının təsis etdiyi Sülhməramlı ödülü 2 qadına - mütləq əvvəl buna veriblər, sonra isə Şri-Lankanın prezidentinə".F.Kərimova düşmən həmkarının düşməni Nazpəri Dostəliyeva ilə birləşməsindən qorxduğunu düşünür: "Nazpəri xanımla birləşməyimdən qorxub. Məni zərərsizləşdirmək məqsədilə, İlhamənin ağlı ilə desək, Nazpəri xanımı tək qoyub əlacsızlaşdırmaq və mənim tanıdığım-bildiyim, hələlik adını çəkmək istəmədiyim, Ədliyyə Nazirliyində işləyən və Ali Məhkəmənin rəhbərliyində olan şəxslərin əli ilə vurduğu kimi... Hələ dözürəm. Bir gün partlayıb mənim üçün ağır nəticədən asılı olmayaraq, adlarını açıqlayacam. Qoy, böhtan deyərək, məni məhkəməyə verib özləri biabır olsunlar. Millət bilsin ki, İlhamə harınlamaqla kimlərə güvənir. Mənə olan haqsızlıqları, əleyhimə olan məhkəmə qərarları ilə Avropa Məhkəməsinə üzümü tutmuşam..."