50.000 illik Neandertal sümüklərində insanlara təsir edən üç virus aşkar edilib.
AZXEBER.COM Türkiyə mətbuatına əsasən xəbər verir ki, Braziliyanın San-Paulu Federal Universiteti tərəfindən aparılan araşdırmalar nəticəsində insanlarda məlum olan ən qədim virus qalıqları aşkar edilib. Tədqiqatçılar bunun 40.000 il əvvəl neandertalların yox olmasına səbəb olan virus ola biləcəyini irəli sürüblər.
Bu yeni kəşf əvvəlki rekordu 20.000 il geriyə çəkir. Belə ki, əvvəlki rekord Sibirdə tapılan 31 min illik süd dişlərinə məxsus idi.
San-Paulu Federal Universitetindən Marselo Briones Rusiyanın Altay dağlarında Çağırskaya mağarasında tapılan iki kişi skeletində virus ardıcıllığı aşkar etdiklərini açıqlayıb. Bu ardıcıllıqlar bu gün insanlarda ömürlük infeksiyaya səbəb olan viruslarla müqayisə edilib və onların müasir insanlardan və ya yırtıcılardan gəlmədiyi təsdiqlənib. Beləliklə, bu virusların tarixinin qədim olduğu müəyyən edilib.
Aysel