Neft Fondu: Əsas məqsədimiz Azərbaycanın neft-qaz gəlirlərini qorumaq və artırmaqdır

Neft Fondu: Əsas məqsədimiz Azərbaycanın neft-qaz gəlirlərini qorumaq və artırmaqdır
İQTİSADİYYAT
11:36 23.09.2025
158
Bizim əsas məqsədimiz Azərbaycanın neft-qaz gəlirlərini qorumaq və artırmaq, onları bugünkü və gələcək nəsillərin xeyrinə yönəltməkdir.

Bunu I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (SOFAZ) İcraçı direktor müavini Rövşən Cavadov deyib.

O bildirib ki, investisiya portfelimiz qlobal və diversifikasiya olunub, yəni fond olaraq ölkə daxilində investisiya edə bilmirik.

"Dövlət Neft Fondunun ölkənin inkişaf gündəliyinə töhfəsi iki əsas prinsip üzərində qurulub. Birincisi - fiskal və makroiqtisadi sabitliyin təmin edilməsi, ikinci isə beynəlxalq əlaqələr və etibarlılıqdan istifadə edərək Azərbaycanda investor etimadının gücləndirilməsidir", - deyə əlavə edib.
OXŞAR XƏBƏRLƏR