Neft Fondunun gəlir və xərcləri açıqlanıb

Neft Fondunun gəlir və xərcləri açıqlanıb
İQTİSADİYYAT
18:05 23.07.2015
1402

2015-ci ilin yanvar-iyun ayları ərzində Neft Fondunun büdcə gəlirləri 4 054,0 milyon manat, büdcə xərcləri isə 4 042,1 milyon manat təşkil edib.

Dövlət Neft Fondundan AZXEBER.COM-a verilən məlumata görə, hesabat dövrü ərzində Fondun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 3 812,1 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 3 802,1 milyon manat, akrhesabı ödənişlər 2,2 milyon manat, bonus ödənişləri 2,1 milyon manat və tranzit gəlirləri 5,7 milyon manat təşkil edib.
Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 241,9 milyon manata bərabər olub.
Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar gəliri 8 013,4 milyon manat təşkil edib.
Hesabat dövrü ərzində, Neft Fondunun 2015-ci il büdcəsinin icrası çərçivəsində 3 561,6 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,8 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 46,5 milyon manat vəsait ayrılmışdır. “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə Neft Fondundan 17,2 milyon manat vəsait ayrılıb.
5,9 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə yönəldilib. “Cənub Qaz Dəhlizi” layihəsi üzrə isə 307,4 milyon manat vəsait ayrılıb. 2015-ci ilin yanvar-iyun ayları ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 13,7 milyon manat təşkil edib.
2015-ci il iyulun 1-ə Fondun aktivləri 2015-ci ilin əvvəlinə (37 104,1 milyon ABŞ dolları) nisbətən 3,56% azalaraq 35 783,3 milyon ABŞ dollarına bərabər olub.
İlin əvvəlinə nisbətən valyuta vəsaitlərinin azalmasının səbəbi valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlıdır.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
12:47 04.08.2025
"Elçin Qarabağı, Şuşanı azad gördüyü üçün bu dünyadan rahat köçdü"
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
12:38 04.08.2025
"Elçin Əfəndiyev Azərbaycan ədəbi düşüncəsinin formalaşmasında misilsiz rolu olan bir yazıçıdır"
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
12:28 04.08.2025
"Biz onun əsərləri ilə böyümüşük" - Yalçın Adıgözəlov
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir"
12:18 04.08.2025
"Elçin Əfəndiyevin vəfat etməsi Azərbaycan ictimaiyyəti üçün böyük itkidir"
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
12:18 04.08.2025
"Elçin Əfəndiyev vəfat etsə də, yaşayan yazıçılardandır" - Xalq yazıçısı
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
12:08 04.08.2025
"Necə gözəl bir insan olduğu hamımızın xatirəsində yaşayacaq" - Rejissor
Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı
12:04 04.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 180-ə çatdı
İlham Əliyev və Mehriban Əliyeva Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər - FOTOLAR
11:54 04.08.2025
İlham Əliyev və Mehriban Əliyeva Elçin Əfəndiyevlə vida mərasiminə əklil göndəriblər - FOTOLAR
Sidneydə Fələstinə dəstək yürüşü keçirildi
11:41 04.08.2025
Sidneydə Fələstinə dəstək yürüşü keçirildi
Elçin Əfəndiyevlə vida mərasimi keçirilir - VİDEO
11:30 04.08.2025
Elçin Əfəndiyevlə vida mərasimi keçirilir - VİDEO
6 aylıq uşaq infarktdan öldü
11:20 04.08.2025
6 aylıq uşaq infarktdan öldü
Polis silsilə oğurluq edən şəxsi saxladı
11:16 04.08.2025
Polis silsilə oğurluq edən şəxsi saxladı
Yasamalda binanı narkotik yuvasına çevirənlər tutuldu - Foto
11:12 04.08.2025
Yasamalda binanı narkotik yuvasına çevirənlər tutuldu - Foto
Avqust ayının ən təhlükəli günü ilə bağlı XƏBƏRDARLIQ
11:09 04.08.2025
Avqust ayının ən təhlükəli günü ilə bağlı XƏBƏRDARLIQ
ADNSU-da keçirilən “Açıq qapı günü”ndə 400-dən çox abituriyent iştirak edib - FOTOLAR
10:54 04.08.2025
ADNSU-da keçirilən “Açıq qapı günü”ndə 400-dən çox abituriyent iştirak edib - FOTOLAR
Yeni Zelandiyada avtobusda gedən baqaj çantasında 2 yaşlı qız tapıldı
10:54 04.08.2025
Yeni Zelandiyada avtobusda gedən baqaj çantasında 2 yaşlı qız tapıldı