Bu gün Premyer Liqada XXX tura yekun vurulub. Yubiley – XX milli çempionatının qalibinin adına bu gün tam aydınlıq gəlib. Belə ki, “Neftçi” “Qarabağ” üzərində qazandığı qələbə, ən yaxın izləyicisi “Xəzər Lənkəran”ın “İnter”lə səfər oyununda xal itirməyi onu sona 2 tur qalmış əlçatmaz edib. Bununla da “ağ-qaralar” ardıcıl 2-ci il çempionluğu mövsüm bitməmiş bayram edir. Böyükağa Hacıyevin çalışdırdığı komanda mayın 17-də “Bakı” ilə Azərbaycan kubokunun finalında da qalib olarsa, mövsümü “qızıl dubl”la başa vurmuş olacaq.29 aprel 17:00. “Qəbələ” – “Bakı” - 4:0 QOLLAR: Yannik Kamanan, 38, Vurğun Hüseynov, 50, Viktor Mendi, 59, Nodar Məmmədov, 90+3 44-cü dəqiqədə Yannik Kamanan penalti zərbəsindən istifadə edə bilməyib (qapıçı) Qəbələ. Şəhər stadionu Cari mövsümdəki oyunlar – 0:0, 1:2, 1:2 17:00. “Neftçi” – “Qarabağ” - 2:1 QOLLAR: Rəşad Abdullayev, 71, Ruslan Abışov, 90+1-pen - Vaqif Cavadov, 67 Qırmızı vərəqə: Maksim Medvedev, 90+1 (birbaşa) 32-ci dəqiqədə Vaqif Cavadov penaltidən istifadə edə bilməyib (qapıçı) Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu Cari mövsümdəki oyunlar – 3:2, 2:1, 0:0 18:15 AZAL – “Simurq” - 0:0 Bakı. “AZAL Arena” stadionu Cari mövsümdəki oyunlar - 3:0, 5:1, 2:1 19:00. “İnter” – “Xəzər Lənkəran” - 0:0 Bakı. “Şəfa” stadionu