“Neftçi” Bosniya və Herseqovina millisinin qapıçısını transfer edib

“Neftçi” Bosniya və Herseqovina millisinin qapıçısını transfer edib
İDMAN
18:15 26.07.2025
143
"Neftçi” Bosniya və Herseqovina millisinin qapıçısını transfer edib.

AZXEBER.COM Bakı klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, Kenan Piriçlə 2 illik müqavilə bağlanıb.

Vətənindən başqa, Belçika, Sloveniya, Yunanıstan, Türkiyə və Kipr liqalarında oynayan 31 yaşlı qolkiper 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə isə Sloveniya (2018/19) çempionu olub.

O, 2 dəfə Bosniya və Herseqovina (2016/17, 2017/18), 1 dəfə Sloveniya (2018/19) və Yunanıstan (2023/24) çempionatlarında mövsümün qapıçısı seçilib.

Qeyd edək ki, K.Piriç millinin heyətində 8 oyun keçirib.
OXŞAR XƏBƏRLƏR