Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, ölkəmizin turnirdə yeganə təmsilçisi olan “Neftçi” qarşısında qoyulan növbəti mərhələ adlamaq vəzifəsini yerinə yetirib. Çempionumuzun evdə 3:0 hesabı ilə qalib gəldiyini nəzərə alsaq, Zestafoni şəhərində eyniadlı komanda ilə cavab matçında buna nail olmaq çətin olmayıb. İlk hissənin ortalarında 2 qol buraxan bakılılar şoka düşməyərək tez də fərqi azaldıb. İkinci hissədə isə qonaqlar bərabərliyə nail olaraq Gürcüstandan məğlubiyyətsiz dönüb.Çempionlar Liqası, II təsnifat mərhələsi Cavab oyunu24 iyul“ZESTAFONİ” (GÜRCÜSTAN) – “NEFTÇİ” (AZƏRBAYCAN) - 2:2 QOL: Muciri, 16, Dvali, 19 - Vobay, 22, Sadqov, 52-p Baş hakim: Artyom Kuçin (Qazaxıstan) Zestafoni. David Abaşidze adına stadion İlk oyun – 0:3"ZESTAFONİ": 89. Roin Kvasxvadze (k), 2. Teymuraz Qonqadze, 3. Tornike Qriqalaşvili, 5. Mamuka Kobaxidze, 6. Tedore Qriqalaşvili, 9. Tornike Qorqiaşvili, 14. Levan Şarikadze, 18. Zurab Menteşaşvili, 10. David Muciri, 11. Caba Dvali, 80. Abayomi Seun.Ehtiyat oyunçular: 12. Zurab Mamaladze, 4. Edik Sacaya, 8. Şota Babunaşvili, 20. Zaal Eliava, 55. Tornike Aptsiauri, 13. Aleks Benaşvili, 27. Luka Ququçiya."NEFTÇİ": 1. Rauf Mehdiyev, 2. Rail Məlikov, 5. İqor Mitreski, 6. Rəşad Sadiqov, 9. Flavinyo, 10. Julius Vobay, 11. Nikolas Kanales, 15. Erik Ramos, 16. Bruno Bertuççi, 25. Cavid İmamverdiyev, 32. Elvin Yunuszadə.