"Neftçi" "Qarabağ"ı, "Sumqayıt" isə "Turan"ı darmadağın etdi
İDMAN
07:54 11.08.2012
1609
Dünən Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında II tura yekun vurulub. AZXEBER.COM-un məlumatına görə, ikinci oyun günündə baş tutan 3 oyundan 2-də darmadağın qeydə alınıb. “Neftçi” səfərdə “Qarabağ” 6:1, “Sumqayıt” isə “Turan”ı 5:0 hesabı ilə məğlub edib. “Rəvan” isə AZAL-dan üstün olub – 1:0. Qeyd edək ki, tura avqustun 9-da start verilmişdi. “Xəzər Lənkəran”ın “Kəpəz”lə bərabərə qaldığı ilk oyun günü “Bakı” “Simurq”u, “İnter” isə “Qəbələ”ni məğlub etmişdi. İndi isə turun nəticələrini və turnir cədvəlini diqqətinizə çatdırırıq:9 avqustXəzər Lənkəran – Kəpəz 0:0Bakı – Simurq 6:1Qollar: Tural Qürbətov, 7, Raul Yaqubzadə, 16; 21; 23, Mətin Əbilsoy, 51; 69 – Oruc Balaşlı, 70Qəbələ – İnter 1:3Qollar: Müşviq Teymurov, 54 – Ramil Mansurov, 2; 18. Azər Salahlı, 5310 avqustQarabağ – Neftçi 1:6Qollar: Xəyal Quliyev, 4 (avtoqol) – İlham Allahverdiyev, 33. Fəhmin Muradbəyli, 43. Məqsəd İsayev, 58. Kənan Manafov, 67. Cavid Muxtarzadə, 89. Tural Rzayev, 90+3AZAL – Rəvan 0:1Qol: Murad Axundzadə, 7Turan – Sumqayıt 0:5