Azərbaycan çempionu “Neftçi”nin Çempionlar Liqasının 2012/13 ci il mövsümü üçün rəqibi bəlli olub.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində komandamızın rəqibi Gürcüstan çempionu "Zestafoni" olub. İlk qarşılaşmalar 17-18 iyulda cavab görüşləri isə 24-25 iyulda baş tutacaq. "Neftçi" qələbə qazanacağı təqdirdə üçüncü təsnifat mərhələsinə vəsiqə qazanacaq.