“Neftçi”nin oyunlarının yeri dəyişdi - “Bakcell Arena” təmirə bağlanır

“Neftçi”nin oyunlarının yeri dəyişdi - “Bakcell Arena” təmirə bağlanır
İDMAN
19:20 05.03.2022
409

Azərbaycan Premyer Liqasında "Neftçi” ilə "Sumqayıt” arasında keçiriləcək oyunların yeri dəyişdirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası (PFL) məlumat yayıb.

Bildirilib ki, "Bakcell Arena”da planlaşdırılan renovasiya işlərini əsas gətirən "Neftçi” "Sumqayıt”a qarşı keçirəcəyi III və IV dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib. Stadionda aparılacaq işləri, bakılıların müraciətini və "gənclik şəhəri” təmsilçisinin razılıq məktubunu rəhbər tutan PFL adıçəkilən komandalar arasında keçiriləcək III və IV matçlarının yerini dəyişib.

Qeyd edək ki, qərara əsasən, XIX turda "Neftçi”, XXV turda isə "Sumqayıt” meydan sahibi olacaq.

OXŞAR XƏBƏRLƏR