"Neftçi"nin potensial rəqibləri müəyyənləşdi - Avroliqa

"Neftçi"nin potensial rəqibləri müəyyənləşdi - Avroliqa
İDMAN
16:21 05.08.2019
4249
Bu gün  Avropa Liqasının pley-off mərhələsinin püşkü atılıb.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, UEFAnın Nyondakı qərargahında keçirilən tədbirdə Avroliqadakı təmsilçisimiz "Neftçi"nin də pley-offdakı potensial rəqibi məlum olub.

"Ağ-qaralar" 3-cü mərhələdə İsrailin "Bney Yehuda" klubunu mübarizədən kənarlaşdırsa, pley-offda "Malmö" (İsveç) - "Jrinski" (Bosniya və Qerseqovina) cütünün qalibi ilə qarşılaşacaq. Paytaxt təmsilçisi pley-offa çıxsa, ilk matçını səfərdə keçirəcək.

Qeyd edək ki, Avropa Liqasında pley-off mərhələsinin oyunları avqustun 22-də və 29-da keçiriləcək.
OXŞAR XƏBƏRLƏR