UEFA Avropa Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində "Neftçi” səfərdə İsrailin "Bney Yehuda” klubu ilə qarşılaşır.
AZXEBER.COM xəbər verir ki, görüşdə hesab dəyişib.
Bakı vaxtı ilə saat 21:00-da start verilən oyunun 66-cı dəqiqəsində meydan sahibləri ikinci dəfə fərqləniblər.
Tambi komandasının ikinci qoluna imza atıb.
Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
15 avqust
21:00. "Bney Yehuda” (İsrail) – "Neftçi” (Azərbaycan) – 2:0
Qollar: Dor Jan, 14, Tambi, 66