03:58 şənbə, 17 Noyabr 2018
İDMAN

“Neftçi”yə 21 milyon manat ayrıldı - Klubun tarixində rekord büdcə

14:20, 10.06.20189877
“Neftçi”yə 21 milyon manat ayrıldı - Klubun tarixində rekord büdcə
Baş məşqçi postuna italiyalı Roberto Bordinini gətirən "Neftçi" klubunun illik büdcəsi 3 qat artırılıb.
 
AZXEBER.COM sportlife.az-a istinadən bildirir ki, SOCAR-dan "Neftçi"yə 2018/2019 mövsümü üçün 21 milyon manat büdcə ayrılıb. Bu, klub tarixi ərzində paytaxt təmsilçisinə ayrılan ən yüksək məbləğdir.

Məlumat üçün bildirək ki, Dövlət Neft Şirkəti indiyədək "ağ-qaralar"a ən yaxşı halda 12 milyon manat ayırıb.
 
Mənbənin dediyinə görə, vəsaitin 1/3 hissəsi klubun təlim-məşq bazasının tikintisi üçün nəzərdə tutulub. Bundan əlavə, 500 min manat da akademiya xərclərinə sərf olunacaq. Büdcənin yerdə qalan hissəsi isə əsas komandaya xərclənəcək.
 
Məlumatı verən mənbə bildirir ki, büdcənin artırılmasının qarşılığında "ağ-qaralar"ın idarəçilərinin qarşısına yalnız 1 şərt qoyulub - Azərbaycan Premyer Liqasının qızıl medallarını qazanmaq.
 
Xatırladaq ki, ötən mövsüm "Neftçi"nin büdcəsi 7 milyon manat təşkil edib.

XƏBƏR LENTİ