Bu gün Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin püşkü atılıb. Turnirdə yeganə təmsilçimiz olan “Neftçi” Gürcüstanın "Zestefoni" klubunu keçəcəyi təqdirdə “Jilina” (Slovakiya) - “Hapoel” (Kiryat, İsrail) cütünün qalibiylə qarşılaşacaq.
Qeyd edək ki, ilk matçda "Jilina" rəqibini 1:0 hesabıyla məğlub edib. Cavab görüşləri 24 iyulda keçiriləcək.