Daxili İşlər Nazirliyi ötən ay əfvə düşərək azadlığa buraxılan Nemət Pənahlının saxlanılmasına aydınlıq gətirib.
DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə açıqlamasında N.Pənahlının saxlanma səbəbini açıqlayıb: “Nemət Pənahlı polis əməkdaşları ilə mübahisə etdiyi üçün saxlanılıb. Ona rəsmi xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıb”.
Qeyd edək ki, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlının AXCP sədri Əli Kərimlinin evi qarşısında etiraz edən gəncləri təhqir etdiyinə görə tutulduğu haqda məlumat yayılıb.
///“Qafqazinfo”