Nəqliyyat vasitələri qaçıran 2 şəxs saxlanıldı

Nəqliyyat vasitələri qaçıran 2 şəxs saxlanıldı
KRİMİNAL
13:38 17.11.2025
140
Sabunçu rayonu ərazisində paytaxt sakini olan bir nəfərin "Geely” markalı avtomobili qaçırılıb.

AZXEBER.COM xəbər verir ki polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən T.Quliyev və E.Rəsulov avtomobillə birgə saxlanılıblar.

Nəsimi rayonu ərazisində isə bir nəfərə məxsus "Tufan” markalı motosikleti qaçırmaqda şübhəli bilinən R.Baxşıyev nəqliyyat vasitəsi ilə birgə saxlanılıb.

Araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR