İngiltərə-Azərbaycan Cəmiyyətinin (İAC) əsas məqsədi vətəndaş cəmiyyətlərinə xidmət etməkdir.
AZXEBER.COM xəbər verir ki, bu sözləri İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən Londonda təşkil edilən ənənəvi illik tədbirdə iştirak edən (İAC) Azərbaycan tərəfindən həmsədri, professor Nərgiz Paşayeva AzərTAc-a müsahibəsində deyib.Nərgiz Paşayeva bildirib ki, cəmiyyətə xidmət, insanların rifahı və əmin-amanlığı bütün ölkələr üçün vacibdir və bu prinsip İngiltərə-Azərbaycan Cəmiyyətinin də əsas məqsədlərindəndir. Cəmiyyət həmişə olduğu kimi, gələcəkdə də ölkələrimiz arasında mədəni və humanitar əlaqələrin inkişafına xidmət edəcəkdir.Professor vurğulanmışdır ki, İngiltərə-Azərbaycan Cəmiyyəti Britaniyada və Azərbaycanda vətəndaş cəmiyyətlərinin daha da möhkəmlənməsinə və bir-birləri ilə yaxınlaşmasına xidmət edir.Cəmiyyətin geniş əlaqələrindən bəhs edən Nərgiz Paşayeva, ölkəmizdə və Birləşmiş Krallıqda xüsusilə dövlət və hökumət qurumları ilə sıx əməkdaşlıq əlaqələri qurulduğunu diqqətə çatdırmışdır.Həmsədri olduğu təşkilatın həyata keçirdiyi müxtəlif layihələr haqqında məlumat verən xanım Nərgiz Paşayeva, gələcəkdə də uğurla fəaliyyət göstərəcəklərinə əminliyini bildirmişdir.Tədbir haqqında danışan professor Nərgiz Paşayeva Britaniyanın ənənələrə sadiq ölkə olduğunu, İngiltərə-Azərbaycan Cəmiyyəti tərəfindən keçirilən illik tədbirin gələcəkdə də davam edəcəyinə əminliyini ifadə etmişdir.