Nərimanov rayonunda yerləşən marketlərin birindən oğurluq edilməsi ilə bağlı polisə müraciət daxil olub.
AZXEBER.COM xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı İ.Qədirov saxlanılıb.
Rayon ərazisində qeydə alınan daha bir oğurluq zamanı isə "VAZ-2107” markalı avtomobilindən 780 manat və maqnitofon oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş T.Namazov da saxlanılıb.
Hər iki fakt üzrə araşdırma aparılır.










































