Nəsimi DYP-nin mayoruna rüşvət ittihamı

Nəsimi DYP-nin mayoruna rüşvət ittihamı
Bütün Xəbərlər
23:57 23.08.2015
1875
Aqşin Məmmədov: «Mehman Fətəliyev dedi ki, bu işə keçmək üçün mənim ağırlığında pul verib»«Nəsimi Yol Polisi Şöbəsinin əməkdaşı, mayor Mehman Fətəliyev vəzifə səlahyyətlərindən sui-istifadə edərək, məndən 400 manat rüşvət alıb». Bunu JAM.AZ-a Bakı şəhər sakini Aqşin Məmmədov yazaraq bildirib.O qeyd edib ki, 17 avqust 2015-ci il tarixdə dostu Elşadın ağrılarının tutması səbəbindən özünə məxsus olan "Hyundai Veloster" markalı 99 CG 061 nömrə nişanlı avtomobiliylə xəstəxanaya aparan zaman DYP əməkdaşları tərəfindən saxlanılıb. «Heç bir əsas olmasa da maşınımı cərimə meydançasına apardılar. Baxmayaraq ki, bütün sənədlərim qaydasında idi, heç bir yol hərəkəti qaydaları pozuntusuna da yol verməmişdim. Nəsimi Yol Polisi Şöbəsinin əməkdaşı, mayor Mehman Fətəliyev mənim iradıma cavab olaraq bildirdi ki, səs-küy salmağının heç bir mənası yoxdur. Üstəlik «Mən Xəzər Rayon Polis İdarəsindən Nəsimi RPİ-nə sənin ağırlıqda pul verib keçmişəm» deyə bildirdi».JAM.AZ-a yazan Aqşin Məmmədov bildirir ki, səhəri gün avtomobilini cərimə meydançasından çıxarmaq istədikdə isə ondan 500 manat istəyiblər. «Şəxsən mayor Mehman Fətəliyevə 400 manat verib maşınımı cərimə meydançasından çıxardım. Ancaq heç bir protokol yazılmadı. Sadəcə, sənədlərimin surəti çıxarılıb götürüldü. Sonradan bildim ki, bunu da ona görə ediblər ki, əgər şikayət edərəmsə, tez köhnə tarixə protokol yazıb saxta işlərinə don geyindirsinlər».Mayor Mehman Fətəliyevin 400 manat pul almasını görən iki nəfər şahidin olduğunu bildirən A.Məmmədov qeyd edib ki, o, aidiyyıtıqurumlara müraciət edib. «Bilirəm ki, bundan sonra təhlükə ilə rastlaşa bilərəm, məni şərləyə bilərlər. Ancaq ona görə şikayət edirəm ki, belə çirkin üsullarla digərlərinin əsbləri ilə oynayıb cibini soymasınlar».
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik