Nəsimi rayonunda oğurluq edənlər saxlanılıblar

Nəsimi rayonunda oğurluq edənlər saxlanılıblar
KRİMİNAL
12:48 25.11.2025
178
Paytaxtın Nəsimi rayonunda talama cinayətləri baş verib.
 
AZXEBER.COM xəbər veirr ki, rayon sakini olan bir nəfər polisə müraciət edərək kirayə verdiyi evdə yaşayan şəxsin oradan məişət əşyalarını oğurlamasını bildirib. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 48 yaşlı E.Əliyev şübhəli şəxs qismində saxlanılıb. 

Şöbə əməkdaşlarının rayon ərazisində keçirdikləri digər əməliyyat-axtarış tədbirlərilə isə bir nəfərə məxsus dəyəri 600 manat olan velosiped, eyni zamanda aptekdən oğurluq edən iki nəfər- 47 yaşlı O.Eyyubov və həmyaşıdı T.Həsənov da müəyyən edilərək saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR