Tədris mərkəzlərinin birindən oğurluq edən şəxs saxlanıldı

Tədris mərkəzlərinin birindən oğurluq edən şəxs saxlanıldı
KRİMİNAL
17:20 05.01.2026
244
Nəsimi rayonunda talama cinayəti baş verib.
 
AZXEBER.COM xəbər verir ki, rayon ərazisindəki tədris mərkəzlərinin birindən 4000 manatlıq nağd pul və elektron avadanlıqlar oğurlanıb. 

Nəsimi RPİ 21-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 34 yaşlı Ə.Əliyev müəyyən olunaraq saxlanılıb. 

Nizami rayonunda yerləşən avtoservislərin birindən isə 500 manat və 1000 manat dəyərində noutbuk oğurlayan əvvəllər də məhkum olunmuş 43 yaşlı A.Tağıyev də polis əməkdaşları tərəfindən saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR