Ölkə başçısının tapşırığına uyğun olaraq 2016-cı il fevral ayının 15-dən Nəsimi rayonunda əhalinin tibbi müayinədən keçirilməsi tədbirlərinin həyata keçirilməsinə başlanıb.
İH-dən AZXEBER.COM-a daxil olan xəbərə görə, bununla əlaqədar Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumların nümayəndələrindən ibarət müvafiq komissiya yaradılmış, həyata keçiriləcək tədbirlərin kollektivlər və ərazilər nəzərə alınmaqla xususi qrafiklər tərtib olunub.
Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini Gülarə Verdiyeva bildirib ki, rayonda gedən işlər İcra Hakimiyyəti tərəfindən gündəlik nəzarətdə saxlanılır. Fevralın 15-dən etibarən artıq rayon üzrə 66000-dən çox nəfərin müayinələrdən keçməsi təmin olunub.
Rayon sakinləri ölkə başçısının bu təşəbbüsünü böyük minnətdarlıqla qarşılayıblar. Rayonda əhalinin tibbi müayinə tədbirləri davam edir.