Qəzza zolağında quru hücumunu genişləndirən İsrail ordusunun hərbi itkiləri getdikcə artır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, buna baxmayaraq, İsrailin Baş naziri Benyamin Netanyahu müharibəni davam etdirəcəklərini bildirib.
O, Təl-Əvivdə keçirilən həftəlik hökumət iclasında etdiyi çıxışında Qəzzada daha 14 İsrail əsgərinin öldürülməsindən sonra deyib:
"Müharibə bizə ağır başa gəlir, lakin bizim müharibəni davam etdirməkdən başqa çarəmiz və seçimimiz yoxdur. Mübarizəyə davam etməliyik”.
Gülay