İsrailin Baş naziri Benyamin Netanyahu İsrailin şimalında davam edən təhlükəsizlik vəziyyəti fonunda ABŞ-yə gözlənilən səfərini bir gün qısaldacaq.
Bu barədə "The Times Of Israel” məlumat yayıb.
Onun İsraildən sentyabrın 25-i yola düşəcəyi gözlənilən səfəri beş deyil, dörd gün davam edəcək.
Qeyd edək ki, o, sentyabrın 27-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında çıxış edəcək.
///apa