İsrailin baş naziri Benyamin Netanyahu oğlunun gələn ay keçirilməsi planlaşdırılan toyunu təxirə salmaq istəyir.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Netanyahunun bu istəyinin arxasında davam edən PUA təhlükəsi və davam edən münaqişələr dayanır.
Oktyabrın 19-da Livandan buraxılan pilotsuz uçuş aparatı (PUA) Netanyahunun İsrailin şimalındakı Qeysəriyyə şəhərindəki iqamətgahına düşüb.
Hücum zamanı Netanyahu və həyat yoldaşı Saranın evdə olmadığı açıqlanarkən, evin yataq otağının pəncərəsinə kiçik ziyan dəydiyi bildirilib.
İsrailin KAN dövlət televiziyası Netanyahunun kiçik oğlu Avnerin toyunun noyabrın 26-da keçirilməsinin planlaşdırıldığını, lakin təxirə salınma planının da gündəmdə olduğunu yazıb.
Təl-Əvivə yaxın bir ərazidə keçirilməsi planlaşdırılan toy mərasiminin iştirakçılar üçün "risk” yarada biləcəyi iddia edilib.
Mikayıl