Netanyahu Trampa İrana yeni zərbələr planını təqdim edəcək

Netanyahu Trampa İrana yeni zərbələr planını təqdim edəcək
DÜNYA
19:14 20.12.2025
139
İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampla dekabrın 29-da Floridada keçirəcəyi görüşdə onu İranın ballistik raket proqramı ilə bağlı məlumatlandıracaq və bu ölkəyə yeni hücumlar təşkil etməyin lazımlığı məsələsini qaldıracaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "NBC News" mənbələrə istinadən bildirib.

Qeyd olunub ki, İsrail rəsmiləri İranın öz ballistik raket proqramını durmadan inkişaf etdirdiyini düşünür və Trampla İrana yeni hücumlar həyata keçirmək barədə müzakirə aparmağı planlaşdırırlar.
OXŞAR XƏBƏRLƏR