Netanyahu Trampdan əvvəl Rubio ilə görüşüb

Netanyahu Trampdan əvvəl Rubio ilə görüşüb
DÜNYA
21:57 29.12.2025
94
ABŞ-da səfərdə olan İsrail Baş naziri Benyamin Netanyahu Dövlət katibi Marko Rubio ilə görüşüb.

O, X hesabındakı paylaşımda söhbətin nəticəsini yüksək qiymətləndirib: "Floridada ABŞ Dövlət katibi Marko Rubio ilə əla görüşüm oldu".

Tezliklə ABŞ Prezidenti Donald Trampın İsrail Baş nazirini Florida ştatının Mar-a-Laqo şəhərindəki malikanəsində qəbul etməsi gözlənilir.

Bir müddət əvvəl "The Washington Post" (WP) mənbələrə istinadən xəbər vermişdi ki, İsrail Baş naziri ABŞ Prezidenti ilə görüşü zamanı Vaşinqtonu İranın raket obyektlərinə zərbə endirməyə razı salmaq niyyətindədir. Qəzetin məlumatına görə, Netanyahu həm də həmsöhbətini Qəzza zolağı ilə bağlı daha sərt mövqe tutmağa və İsrail qoşunları Trampın sülh planının ikinci mərhələsində göstərilən anklav ərazilərindən çıxmazdan əvvəl HƏMAS bölmələrinin zorla tərksilah edilməsi üçün zəmanətlər təmin etməyə inandırmağa çalışacaq.

"The Washington Post"un məlumatına görə, Netanyahunun məqsədlərinə çatması ehtimalı azdır, çünki Ağ Ev sahaibi hazırda Yaxın Şərqdə gərginliyin artmasının qarşısını almağa və öz sülhməramlı gündəliyini davam etdirməyə çalışır.

/Musavat.com
OXŞAR XƏBƏRLƏR