İsrail ordusu intensiv bombardmanlara məruz qalan Qəzza zolağında 5 israilli məhbusun cəsədini tapıb.
AZXEBER.COM xarici KİV-ə istinadən xəbər verir ki, ölənlər arasında HƏMAS-ın ötən həftə yaydığı görüntülərdə İsrailin baş naziri Binyamin Netanyahuya səslənən 3 yaşlı məhbusun olduğu məlum olub.
İsrail Ordusunun sözçüsü Daniel Hagari Tel-Əvivdə Müdafiə Nazirliyində təşkil edilən mətbuat konfransında mövzu ilə bağlı məlumat verib.
Hagari İsrail əsgərlərinin Qəzza zolağının şimalındakı Cibaliya bölgəsində tuneldə 5 israilli məhbusun cəsədini tapdığını və cəsədləri oradan çıxardığını bildirib.
Ordunun Qəzzanın cənubundakı Xan Yunus şəhərini nəzarətə götürmək üçün quru əməliyyatlarını genişləndirməyi planlaşdırdığını qeyd edən Hagari Qəzzada quru əməliyyatının mürəkkəb əməliyyat olduğu üçün bunun zaman alacağını qeyd edib.
HƏMAS-ın hərbi qanadı İzzəddin əl-Qəssam Briqadalarının sözçüsü Əbu Ubeyde dünən İsrailin bombardmanı nəticəsində 5 əsirdən məsul olan qrupla əlaqənin kəsildiyini və bu insanlar arasında 3 yaşlı əsir də olduğunu söyləyib.
Xatırladaq ki, həmin əsirlər dekabrın 18-də İsrail hökumətinə "bizi buradan xilas edin” çağırışı ilə videomüraciət edib.
Əbu Ubeyde məhbusların bombardman nəticəsində öldüyünü təxmin etdiklərini bildirib.
Mikayıl