Nigeriyada yol qəzalarında 24 nəfər ölüb, onlarla insan yaralanıb

Nigeriyada yol qəzalarında 24 nəfər ölüb, onlarla insan yaralanıb
DÜNYA
11:58 21.04.2024
120
Nigeriyanın şimalındakı qonşu Kaduna və Kano əyalətlərində baş verən iki ayrı yol qəzasında 24 nəfər ölüb, 56 nəfər yaralanıb.

Nigeriyanın Milli Yol Təhlükəsizliyi İdarəsinin Kaduna əyaləti üzrə direktoru Kabir Nadabo sürətlə hərəkət edən yük maşınının idarəetmədən çıxaraq sərnişinləri daşıyan avtobusa çırpıldığını bildirib. O, qeyd edib ki, qəza nəticəsində 13 nəfər ölüb, 40 nəfər yaralanıb.

Milli Yol Təhlükəsizliyi İdarəsinin Kano əyaləti üzrə koordinatoru İbrahim Sallau Abdullahi bildirib ki, Kano-Mayduquri şosesində iki avtomobilin toqquşması nəticəsində 11 nəfər ölüb, 16 nəfər yaralanıb.
 
//Report
OXŞAR XƏBƏRLƏR