23:07 çərşənbə, 17 Iyul 2019
Maqazin

Niyaməddin Musayev: "Kaş ki, Prezidentlə görüşə məni də çağırardılar" - VİDEO

14:21, 07.03.20195850
Niyaməddin Musayev:
"Kaş ki, o görüşdə mən də iştirak edərdim. Çox istərdim ki, Prezidentlə görüşüm, ancaq məni nəzərə almayıblar".
 
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Azərbaycanın xalq  artisti, "Şöhrət" ordenli müğənni Niyaməddin Musayev deyib.
 
O mədəniyyət və incəsənət xadimlərinin Prezidentlə görüşü haqda danışıb: "Bu görüşü çox müsbət qarşılayıram. Əgər mən o görüşdə iştirak etsəydim, heç bir şey deməzdim. Çünki ölkəmizdə hər şey gözəldi, iqtisadiyyatımız kimi, mədəniyyətimiz də inkişafdadır. Mən sadəcə olaraq o görüşdə olmaq istərdim, mən hər zaman xalqıma. dövlətimə xidmət etmişəm. Bundan sonra da belə olacaq".
 
Niyaməddin Musayev gənclərdən də razı olduğunu deyib: "Mən indi gənclərə baxıram, onlara hər cür şərait yaradılıb. Bizim vaxtımızda belə şeylər yox idi. Hamısı da gözəl mahnılar ifa edir, mən onları dinləyirəm və sevirəm".
 
Xalq artisti efirlər haqda da danışıb: "Mən senzuranın əleyhinəyəm. Bildiyiniz kimi, televiziyaların çoxu özəldir, öz maraqları var. AzTV uzun müddət sonra bu yaxınlarda məni çağırdı və verilişə çəkdi. Yəqin bundan sonra yenə də çağırarlar".
 
Niyaməddin Musayevin AZXEBER.COM-a verdiyim müsahibənin tam versiyasını təqdim edirik:
 
XƏBƏR LENTİ