16:00 Cümə, 19 Iyul 2019
Maqazin

Niyamın restoran işi yenə batdı - İşçilərin maaşını vermir

12:25, 20.04.20193165
Niyamın restoran işi yenə batdı - İşçilərin maaşını vermir
Müğənni Niyam Salaminin bir müddət əvvəl işlətməyə başladığı "Şamdan" restoranı müflis olub. 
 
Sənətçi işçilərin maaşını verməyib. Fevraldan işə gətirilən işçilərə cəmi bir dəfə 100-200 manat pul verilib. 

İşçilər bildiriblər ki, onları restorana Niyam gətirib və hər 15 gündən bir maaş verəcəyinə söz verib. Amma ifaçı vədinə əməl etməyib. İşçilərin bir çoxu çıxıb getsə də, bəziləri maaşını almaq üçün qalıb. Niyam da əvvəlcə onlara pullarını verəcəyin deyib, amma sonra zənglərə cavab verməyib. 

İşçilər isə maaşlarını ala bilməsələr, lazımi orqanlara müraciət edəcəklərini deyiblər.

Hazırda N.Salami başqa bir restoranın idarəçiliyini öhdəsinə götürüb. İfaçı hətta ötən gün sənət dostlarını dəvət edərək, açılış da edib. 

Qeyd edək ki, bu, Niyamın işlətdiyi ilk restoran deyil. O, bundan əvvəl də bir neçə restoranın idarəçiliyini götürüb, amma qısa vaxtdan sonra bağlamışdı. Hətta Niyam həmkarı Samir Piriyevlə Bodrumda da restoran açmış, iki-üç aydan sonra bağlamışdı.
 
///Axşam.az
XƏBƏR LENTİ