"Nobel Sülh Mükafatı" onun oldu

"Nobel Sülh Mükafatı" onun oldu
MARAQLI
13:30 10.10.2025
449
2025-ci il üzrə Nobel Sülh mükafatının qalibi məlum olub.

Sözügedən mükafata venesuelalı siyasətçi Maria Corina Machado layiq görülüb. 

Qeyd edilir ki, Maçado bu mükafata "Venesuela xalqının demokratik hüquqlarının müdafiəsi və ölkədə diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda yorulmaz mübarizəsinə görə" layiq görülüb.

Son bir ildə Maçado Venesuelada gizli şəkildə yaşamaq məcburiyyətində qalıb. Onun həyatına yönəlmiş ciddi təhdidlərə baxmayaraq, ölkəni tərk etməyib. 

Komitə vurğulayıb ki, Mariya Korina Maçado Venesuela müxalifətini bir araya gətirib, cəmiyyətin hərbi rejimə qarşı demokratik mübarizəsini təşkil edib və ölkədə militarizasiyanın qarşısında qətiyyətli mövqe nümayiş etdirib.

ABŞ Prezidenti Donald Trampın namizədliyi dəstəklənməyib.
 

OXŞAR XƏBƏRLƏR