“IDC” analitik şirkətinin son məlumatına görə, “Nokia” şirkəti Finlandiyanın mobil bazarında liderlik mövqeyini geri qaytarıb. ANS PRESS-in Rabitə və İnformasiya Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, birinci rübdə Cənubi Koreyanın “Samsung” şirkəti Finlandiyanın mobil bazarında böyük paya sahib olsa da, ikini rübdə liderlik yenidən “Nokia”ya qayıdıb. “Nokia”nın hazırda Finlandiya bazarında payı 36 faiz təşkil edir, “Samsung” isə ondan 2 faiz geri qalır.Rəqəmlərə nəzər yetirdikdə, “Nokia”nın Finlandiyanın mobil bazarında payını 14 faizdən 7 faizədək azaldan “Apple” sayəsində iştirakını genişləndirdiyini görə bilərik.