Norveç millisi həndbol üzrə dünya çempionu oldu

Norveç millisi həndbol üzrə dünya çempionu oldu
İDMAN
23:06 19.12.2021
309
Norveç yığması qadın həndbolçular arasında dünya çempionatının qalibi olub.

İspaniyada təşkil olunmuş mundialın finalında skandinaviyalılar Fransanı 29:22 hesabı ilə məğlub edib.

Bununla da Norveç millisi dördqat dünya çempionu olub. Daha əvvəl analoji nailiyyət 1999, 2011 və 2015-ci illərdə qazanılıb.

Üçüncü yeri isə İspaniya üzərində 35:28 hesablı qələbə qazanan Danimarka yığması tutub.

Qeyd edək ki, Norveç millisi həm də 2 qat olimpiya və 8 qat Avropa çempionudur.
OXŞAR XƏBƏRLƏR