Nura 3 ayın hesabatını verdi: 3 klip, 3 mahnı - VİDEO

Nura 3 ayın hesabatını verdi: 3 klip, 3 mahnı - VİDEO
MAQAZİN
16:27 21.01.2019
5803
Son aylar müğənni Nura Surinin aktiv sənət fəaliyyətinə başlaması diqqətdən yayınmayıb.

Azxeber.com xəbər verir ki, son üç ayda müxtəlif fotosessiyalar edən, təqdimatlar keçirən və kliplər çəkdirən ifaçı sosial media izləyicilərinin də diqqətindərir.
Raj Steven, Məhəbbət Nəsirov və Niko Abbasov kimi fotoqrafların obyektivinə pozlar verən ifaçı, eyni zamanda üç klip də çəkdirib.

Musiqisevərlərin rəğbətini qazanan ifalar "Youtube” və digər dijital platformalarda yayımlanıb. Suri eyni zamanda köhnə və yeni mahnılarından ibarət iki albomunu da "İtunes” musiqi platformasında satışa çıxarıb.

"Sevgi romanı” adlı mahnının sözləri Zülfü Bədəlov, aranjimanı Farid Aqaya məxsusdur. Ekran işinə isə Natiq Muxtarov həyat verib.


"Dönmək olmur” adlının musiqisi Fərid Ağaya, sözləri Elvin Babazadəyə aiddir. Klipin ssenari müəllifi və prodüseri də Nura Suridir.


"Gitme” adlı ekran işini isə Nuran Məmmədov ekranlaşdırıb. Sözləri Zülfi Bədəlov və Nura Suriyə məxsus mahnının musiqisini isə yenə də Nura Suri və Əvəz Muradov ərsəyə gətirib.


 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR