Nuri Şahin "Mançester Yunayted" yolunda

İDMAN
15:08 20.07.2012
1551

"Real Madrid" klubunun türkiyəli futbolçusu Nuri Şahin İngiltərədən təklif alıb.

AZXEBER.COM-un məlumatına görə, gənc oyunçu "Mançester Yunayted" klubunun maraq dairəsinə düşüb.

Braziliyanın "Sao Paulo" klubundan Lukası transfer edə bilməyən "qırmızı şeytanlar" bütün diqqətini Nuriyə yönəldib. Mançester təmsilçisinin türkiyəli futbolçunun keçidi üçün 20 milyon avro xərcləməyə hazırdı.

Qeyd edək ki, ötən mövsüm "Borussiya" (Dortmund) klubundan "Real"a transfer olunan Şahin keçirdiyi 4 oyunda cəmi bir qola imza atıb.

OXŞAR XƏBƏRLƏR