ABŞ-ın Nyu-York şəhərində Novruz bayramı ilə əlaqədar tədbir keçirilib.
AZXEBER.COM-un məlumatına görə, tədbirdə 300-ə yaxın həmyerlimiz iştirak edib. Tədbir Nyu-York Azərbaycan Assosiyasının təşəbbüsü ilə baş tutub. Assosiyasının sədri Ercan Yerdelenli və Qəşəng Tərxanova çıxış edərək, bayram münasibətilə qonaqları təbrik ediblər.
Tədbir milli musiqilərimizin səslənməsiylə davam edib, şənlikdə həmçinin yerli yeməklərimiz də qonaqlara təqdim olunub. Tədbiri jurnalist Şəfiqə Muradqızı və Samir Quluzadə idarə edib.
Qeyd edək ki, tədbirdə ABŞ-lı qonaqlar, o cümlədən Bruklin rəsmisi Erik Adams da iştirak edib, milli adət-ənənələrimizlə yaxından tanış olub.